» » Pakistan ilk Avropa Oyunlarının Bakıda keçirilməsini

Pakistan ilk Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirir

Bölmə: İqtisadiyyat
Pakistan ilk Avropa Oyunlarının Bakıda keçirilməsini İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darla görüşüb.

Xalqinfo.az xəbər verir ki, Şahin Mustafayev bu ilin martında Pakistan Prezidentinin Azərbaycana səfərinin, keçirilən görüşlərin və Azərbaycan-Pakistan biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə töhfə verdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq edir.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizdə iqtisadi və maliyyə sabitliyinin təmin olunduğu, qeyri-neft sektorunun prioritetliyi, iqtisadiyyatın müxtəlif sahələrində Pakistanla əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Mohammad İshaq Darı dost və qardaş ölkə olan Azərbaycanın sosial-iqtisadi inkişafının Pakistanda maraqla izlənildiyini, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. O, bu il I Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirib, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler