Rusiya 25 milyardı niyə itirdi?Bölmə: İqtisadiyyat, Dünya
ABŞ-ın və Avropa ölkələrinin Rusiyaya qarşı iqtisadi sanksiyaları Moskva üçün baha başa gəlib. Belə ki, ötən il Rusiya iqtisadiyyatı sanksiyalardan 25 milyard avro itirib.Xalqinfo.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Dimitri Medvedev bildirib. O deyib ki, bu itkilər bu il bir neçə dəfə artacaq. Onun sözlərinə görə, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı 2 faiz geriləyib. Bu arada rublun ABŞ dollarına nisbətdə məzənnəsi yenidən düşməyə başlayıb. Aprelin 21-də Moskva birjasında 1 dollar 54 rubla satılıb ki, bu aprelin 8-dən bu yana ən yuxarı həddir. Rubl ötən ilin dekabrında dollara nisbətdə ən aşağı həddə düşdükdən sonra, yavaş-yavaş bərpa olunmağa başlamışdı. Həmin vaxt 1 ABŞ dolları təxminən 80 rubl idi. Xatırladaq ki, 2014-cü ildə dünya bazarında neftin qiymətinin kıskin düşməsi, Ukrayna böhranına görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar əsas gəliri neftdən olan Rusiya iqtisadiyyatına ciddi zərbə vurur. Mənbə ANS PRESS |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|