» » Qalmaqallı kredit şirkətindən

Qalmaqallı kredit şirkətindən CAVAB

Bölmə: İqtisadiyyat
Qalmaqallı kredit şirkətindən “VF AzərKredit” bank olmayan kredit təşkilatı, qurum ilə girov müqabilində vəsait götürmüş müştəriləri arasında yaranmış qalmaqala münasibət bildirib.

Şikayətçilərin sözlərinə görə, onlar bankdan pul götürmək üçün girov qoyduqları əmanətləri (qızıl-zinət əşyaları), borclarını ödəsələr də geri götürə bilmirlər.

lent.az-ın məlumatına görə, “VF AzərKredit”in İdarə Heyətinin sədr müavini Samir Cəfərli “Marja”ya bildirib ki, müştərilərin söylədikləri doğrudur, amma yaranmış problem təşkilatdan asılı deyil:
“Bu yaxşı hal deyil. Paş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən müştərilərimizdən birinin fəaliyyətinə dair istintaq aparılır. Bunula bağlı olaraq depozit seyflərimizə həbs qoyulub”.
Məsələ ilə əlaqədar təşkilatdan bildirilib ki, əlavə məlumat vermək “VF AzərKredit”in səlahiyyəti çərçivəsində deyil, çünki verilən hər-hansı məlumat istintaq sirrinin yayılması kimi tövsif oluna bilər:
“Müştərilərdən götürülmüş qızıl girovları banklarda icarəyə götürülmüş depozit yeşiklərində saxlanılır. Hazırda Baş Prokurorluğun vəsatəti əsasında həmin depozit yeşiklərinə həbs qoyulduğundan qızılların götürülüb müştərilərə təhvil verilməsi mümkün deyil.
Yalnız onu qeyd edə bilərik ki, “VF AzərKredit” aparılan cinayət işinin subyekti deyildir və Prokurorluq tezliklə istintaq işinin yekunlaşacağını bildirir və iş yekunlaşan kimi müştərilərin girovları özlərinə qaytarılacaqdır”.

Qeyd edək ki, 43 filialı olan “VF AzərKredit”in kredit portfeli 80 milyon ABŞ dolları ətrafındadır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler