» » Nazirlikdən cərimə "yağışı"

Nazirlikdən cərimə "yağışı"

Bölmə: İqtisadiyyat
Nazirlikdən cərimə "yağışı"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 80 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 7 müddətli “məcburi göstəriş” verilib.

Məlumatda bildirilir ki, ümumilikdə, 34 iş üzrə 57100 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 869.9 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 227 iş üzrə 34731 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 13 iş göndərilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler