» » Yüzlərlə müəssisədə qanun pozuntusu aşkarlanıb -

Yüzlərlə müəssisədə qanun pozuntusu aşkarlanıb - RƏSMİ

Bölmə: İqtisadiyyat
Yüzlərlə müəssisədə qanun pozuntusu aşkarlanıb -Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sahibkarlıq subyektlərində ötən il ərzində dövlət nəzarəti həyata keçirilib. Komitədən lent.az-a verilən məlumata görə, aparılmış yoxlamalar zamanı 1290 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb.
Aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə nöqsanların aradan qaldırılması ilə bağlı 1290 qərar verilib, aşkar olunmuş pozuntularla əlaqədar 652 inzibati xəta haqqında protokol tərtib edilməklə 303.800 (üç yüz üç min səkkiz yüz) manat cərimə tətbiq edilib.
Məhsul satışının qadağan edilməsi barədə 536 məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib. Ümumilikdə 189 sahibkarlıq subyektinə məhsulların istehsalı və satışının qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib. İstehsalın və satışın qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlardan 12-si unlu-qənnadı məmulatları, 21-i çörək məmulatları, 3-ü boya istehsalı, 9-u süd məhsulları, 5-i alkoqolsuz içkilər, 6-sı kolbasa istehsalı, 1-i polivinilxlorid (PVX) profillər, 132-si isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler