» » Mərkəzi Bank 1238 milyon dollar itirib

Mərkəzi Bank 1238 milyon dollar itirib

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Mərkəzi Bank 1238 milyon dollar itirib2014-cü ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 2,3% azalıb. Ehtiyatların həcmi il ərzində 14152.0 milyondan 13758.3 milyon dollara düşüb.”Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb.


O bildirib ki, MB-nın rəsmi valyuta ehtiyatları artıq 5-ci aydır ki, azalma tendensiyası nümayiş etdirir: ”İyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib. MB-nin valyuta ehtiyatının azalmasının əsas səbəbi Rusiya amilidir. Rusiyada rublun ucuzlaşması həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırdı. Azərbaycanlı sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın əmlak bazarına yönəltdilər”.

Ekspertin sözlərinə görə, dekabr ayı manat üçün çox gərgin keçib:”Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı. Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi Bankın ehtiyatlarının 10%-ni itirməsi ilə nəticələndi. Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatını xərcləməli olacaq. Bu işə təbii ki, Neft Fondu da qoşulacaq. Neft Fondunun da aktivlərində azalma müşahidə ediləcək. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler