» » (R) Dünya çempionatımızın finalı Ankarada keçiriləcək

(R) Dünya çempionatımızın finalı Ankarada keçiriləcək

Bölmə: Idman
 (R) Dünya çempionatımızın finalı Ankarada keçiriləcəkDekabrın 23-26-sı aralığında “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve International Sport Clubs”-ın ağır atletika üzrə dünya çempionatının final yarışı keçiriləcək. Bu dəfə Türkiyənin paytaxtı Ankara şəhərində klubumuza məxsus olan “Altınpark-Akarsu Yarış Kompleksi”ndə baş tutacaq çempionata maraq böyükdür. Çempionatda 10 ölkədən – Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan,Moldova, Polşa, Bolqarıstan, Ukrayna və ABŞ-dan gələn heyətlərə nəticələrinə əsasən müxtəlif sayda olmaqla 150-yə yaxın idmançı, məşqçi və nümayəndə heyəti iştirak edəcəkdir.

Reqlamentin əsasnaməsinə əsasən ağır atletlər 8 yaş qrupunda Sinkleyr cədvəli üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Yaş qrupları aşağıdakılardır:
Kişilər: U-12, U-15, U-20, +20 yaş və veteranlar.
Qadınlar: U-15, U-20 və +20 yaş qrupu.

Bütün yarış iştirakçıların xərclərinin hamısını tərəfimizdən ödəniləcək, hər birinə yeni qış idman ayaqqabısı və geyimləri paylanacaq, qaliblər və mükafatçılara diplom, medal, kubok, pul və ev sertifikatları veriləcək.

Çempionata hakim qismində beynəlxalq dərəcəli mütəxəssislər xidmət edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler