» » Millimizin üzvü əməliyyat olundu -

Millimizin üzvü əməliyyat olundu - Foto

Bölmə: Idman, BLOK XƏBƏR
Millimizin üzvü əməliyyat olundu - Azərbaycan milli komandası və "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub.

publika.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında baş tutub.

Travmatoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində AÇ-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydı zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler