» » Azərbaycan şahmatçıları Avropa kubokuna uğurla başladı

Azərbaycan şahmatçıları Avropa kubokuna uğurla başladı

Bölmə: Idman
Azərbaycan şahmatçıları Avropa kubokuna uğurla başladı
Monteneqroda start götürən klublararası Avropa kuboku turnirinə Azərbaycanın “Vüqar Həşimov” və “Odlar Yurdu” komandaları qələbə ilə start veriblər.

"Xalqinfo"  xəbər verir ki, turnirin birinci turunda “Vüqar Həşimov” klubu Belçikanın “Fonteine”, “Odlar Yurdu” komandası isə İsrailin “Rishon Lezion” komandası ilə qarşılaşmaları 4:0 hesablı qələbə ilə başa vurublar.

Qeyd edək ki, “Vüqar Həşimov” klubunun heyətinə Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa daxildir. “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

Noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler