» » Dünya çempionatında çıxış edəcək Azərbaycan güləş yığmalarının heyəti

Dünya çempionatında çıxış edəcək Azərbaycan güləş yığmalarının heyəti - AÇIQLANDI

Bölmə: Idman
Dünya çempionatında çıxış edəcək Azərbaycan güləş yığmalarının heyəti
Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

"Xalqinfo"nun məlumatına görə, məsul yarışda Azərbaycanı güləşin hər 3 növü üzrə yığmaların üzvləri təmsil edəcək.

Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının baş katibi Orxan Məmmədov, federasiyanın vitse-prezidentləri - Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev, eləcə də İdman şöbəsinin müdiri Yaqub Məmmədov mundialda çıxış edəcək güləşçilərlə görüşüb və heyət açıqlanıb.

Dünya çempionatının ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Abubakr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yer alıb.

Qadınların yarışında ölkəmizi yalnız Türkan Nəsirova (50 kq) təmsil edəcək. O, millimizin baş məşqçisi Aslan Ağayevin başçılığı altında güləşəcək.

Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşçilərimiz çıxacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler