» » Azərbaycan şahmatçısı beynəlxalq turnirdə son tur öncəsi liderdir

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə son tur öncəsi liderdir

Bölmə: Idman
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə son tur öncəsi liderdir
Azərbaycan və Polşa qrossmeysterləri Arkadi Naydiç və Radoslav Voytaşek Britaniyanın Men adasında keçirilən şahmat turnirinin son turu öncəsi birinci yeri bölüşürlər.

Xalqinfo.az “Report” xəbər verir ki, şənbə günü VIII tur çərçivəsində Naydiç ABŞ-ı təmsil edən Hikaru Nakamuranı ağ fiqurlarla yenib.

Voytaşek də həmçinin ingilis Maykl Adamsı ağ fiqurlarla məğlub edib.

Turnirin yekun turu bu gün keçiriləcək. Naydiç və Voytaşekin aktivində 6,5 xal var. Növbəti yerlərdə hərəyə 6 xal toplamış Maksim Vaşye-Laqrav (Fransa), Van Xao (Çin), Qaveyn Cons (İngiltərə) və Sün qərarlaşıb. Onları aktivlərində 5,5 xal ilə aralarında Kramnik, Artyomov, Aleksandr Qrişuk və Sergey Karyakin də olduğu 18 şahmatçı izləyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler