» » Federasiya onları mükafatlandırdı -

Federasiya onları mükafatlandırdı - Fotolar

Bölmə: Idman
Federasiya onları mükafatlandırdı -
Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının ümumrespublika iclası keçirilib.

Xalqinfo.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri, 60-a yaxın klub əməkdaşları, Bakı və rayon komandaları iştirak edib. İclasın məqsədi isə il ərzində keçirilən yarışların müzakirəsi, idman ustası adı alan və alacaq idmançıların təbrik edilməsidir.

Tədbirdə hakim və məşqçilər sertifikatla təltif olunub, Federasiyanın idarə heyətindəki bir sıra dəyişikliklərin olması barədə məlumat verilib.

Bundan əlavə, iclasda rayonlarda, bölgələrdə Pankration, Qrapplinq və MMA idman növlərinin genişləndirilməsi, bir sıra yarış və turnirlərin keçirilməsi, Bakı və rayon klublarının illik plan əsasında ərizələrinin yenilənməsi barədə söhbət aparılıb.

Həmçinin, 15- 16 noyabr tarixlərində Azərbaycan Çempionatının keçirilmə yeri və qaydaları, builki ölkə çempionatlının digər çempionatlardan fərqli olması barədə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının rəhbəri Azad Əsgərov, 1-ci vitse- prezidenti Tural Mirzəyevdir.

Federasiya onları mükafatlandırdı -
Federasiya onları mükafatlandırdı -
Federasiya onları mükafatlandırdı -
Federasiya onları mükafatlandırdı -
Federasiya onları mükafatlandırdı -
Federasiya onları mükafatlandırdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler