Erməniləri məyus etmiş boksçumuz Avropa çempionatının finalındaBölmə: Idman
![]() Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Xalqinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımfinala yüksələn üç üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir. Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Çurova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Saranudan (Moldova) üstün olub – 4:1. O, finalda ingiltərəli Co Makqreyli sınağa çəkəcək. 80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. 1/8 finalda türkiyəli Əmir Büyükdağa, 1/4 finalda belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib. Allahverdiyev gərgin keçən döyüşdə 3:2 hesabı ilə qələbə qazanıb. Yığma üzvü çempionluq üçün Patrik Mayerslə (İrlandiya) qüvvəsini sınayacaq. Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağırçəkili idmançımız macarıstanlı Levent Kisə uduzub – 1:4. O, yarımfinalda yarışla vidalaşdığından III yeri tutub. Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq. |
XƏBƏR LENTİ
09.12.19 20:53 | REAL namizədlərinin sayını açıqladı
09.12.19 20:02 | Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olundu
09.12.19 19:58 | Putin Parisə getdi
09.12.19 19:57 | Səfər Mehdiyev Andrey Strukovla görüşdü
09.12.19 19:55 | Ərdoğan Makronu ittiham etdi
09.12.19 19:50 | Azərbaycanlı müğənni koreyalı modellə evləndi -
09.12.19 19:32 | Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirdi
09.12.19 19:10 | Deputat illər əvvəl soyuğa tərk edilmiş qızı övladlığa götürüb
09.12.19 18:32 | Rusiyada narkotik alverçisi olan azərbaycanlı istintaqdan qaçaraq, hərbi xidmətdə gizlənib
09.12.19 18:00 | İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi
09.12.19 17:44 | İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı
09.12.19 17:27 | Prezident Əlişir Musayevi təltif etdi
09.12.19 17:13 | Zakir Qaralov azyaşlıların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü
09.12.19 16:52 | Naxçıvan Ali Məclisi də buraxıldı
09.12.19 16:39 | Müşahidə Şurasının yeni tərkibi ilə bağlı sərəncam
09.12.19 16:17 | Erkin Qədirli seçkiyə gedir
09.12.19 16:14 | İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı
09.12.19 14:56 | Rusiyaya şok qadağa
09.12.19 14:34 | Telman İsmayılovun əmlakları satışa çıxarıldı
09.12.19 13:49 | 11 dərəcə isti olacaq
|