» » Güləşçimiz Olimpiya çempionu oldu -

Güləşçimiz Olimpiya çempionu oldu - Video

Bölmə: Idman
Güləşçimiz Olimpiya çempionu oldu -
Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.

Xalqinfo.az xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb.

Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla öndə bitirib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Turan olimpiya çempionu olub.

A qrupu
Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0
Turan Bayramov - İnayət Ullah (PAK) 8:0

FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler