» » “Qarabağ”dan Mahir Mədətov açıqlaması

“Qarabağ”dan Mahir Mədətov açıqlaması

Bölmə: Idman
“Qarabağ”dan Mahir Mədətov açıqlaması“Qarabağ” Mahir Mədətovun “Beşiktaş”a transfer olacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Klubun icraçı direktoru Əmrah Çəlikəl Qol.az-a açıqlamasında yayılan məlumatı təkzib edib. “Qarabağ” rəsmisi Türkiyə nəhəngindən gənc hücumçu ilə bağlı hər hansı təklif almadıqlarını söyləyib:

“Mən də xəbəri bu gün qəzetdən oxudum. Bizə “Beşiktaş”dan Mahirə görə təklif gəlməyib. Düzdür, bu komanda ilə yaxşı münasibətlərimiz var. Amma təklif gəlsəydi, xəbərimiz olardı. Bizdə bu barədə hər hansı məlumat yoxdur”.

Qeyd edək ki, “Futbol+” qəzeti bu gün “Beşiktaş” rəsmilərinin Bakıda olacaqlarını və Mədətovun transfer məsələsini müzakirə edəcəklərini yazıb. Məlumata görə, İstanbul klubunun baş məşqçisi Şenol Günəş Mahiri öz komandasında görmək istəyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler