» » "“Qarabağ”ı məğlub etməliyik" -

"“Qarabağ”ı məğlub etməliyik" - “Roma”nın baş məşqçisi

Bölmə: Idman
"“Qarabağ”ı məğlub etməliyik" -
İtaliyanın “Roma” klubunun baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Oxu.Az-ın xəbərinə görə, baş məşqçi bildirib ki, klubun əsas məqsədi “Qarabağ”ı məğlub edib növbəti mərhələyə yüksəlməkdir:

“Onlar çox yaxşı komandadır. “Qarabağ” Madriddəki görüşdə “Atletiko”ya qarşı yaxşı oyun sərgiləyib. Bu, “Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi “Qarabağ” deyil. Azərbaycan klubunda çox şey dəyişib. Bakıdakı kimi, yenə onları məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler