» » Meydanda təpik havaya qalxdı, futbolçu yerə sərildi -

Meydanda təpik havaya qalxdı, futbolçu yerə sərildi - Video

Bölmə: Idman
Meydanda təpik havaya qalxdı, futbolçu yerə sərildi - Türkiyə Regional Həvəskarlar Liqası 2-ci qrupunda “62 Pertekspor” - “Adıyaman 1954 Spor” matçında dava düşüb.

Xalqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın 56-cı dəqiqəsində meydana daxil olan bir nəfər “Adıyaman 1954 Spor”un kapitanı Mehmet Əli Yakışıka təpik atıb.

Ə.Yakışık aldığı zərbənin təsirindən yerə sərilib. Dərhal polislər meydana daxil olaraq həmin şəxsi yaxalayıblar.

Oyun 8 dəqiqəlik fasilədən sonra yenidən davam edib.

Xəsarət alan futbolçu isə matçdan sonra xəstəxanaya yerləşdirilib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler