“Qarabağ” Romaya yollanırBölmə: Idman
Bu gün saat 16:00-da “Qarabağ” təyyarə ilə İtaliyanın paytaxtı Romaya yola düşəcək. Çərşənbə axşamı, dekabrın 5-də, burada ağdamlılar yerli “Roma”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin son oyununa çıxacaqlar. Xalqinfo.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və AzTV ilə canlı yayımlanacaq. Əsas komanda ilə yanaşı, Romaya “Qarabağ”ın U-19 komandası da yola düşüb. Onların həmyaşıdları ilə oyunu dekabrın 5-də saat 17:30-da başlayacaq. Qeyd edək ki, bu oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan təmsilçisi Çempionlar Liqasında və ümumilikdə, avrokuboklarda builki çıxışlarını yekunlaşdıracaq. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|