» » Azərbaycan milli komandasının heyəti açıqlanıb

Azərbaycan milli komandasının heyəti açıqlanıb

Bölmə: Idman
Azərbaycan milli komandasının heyəti açıqlanıb"Xalqinfo.az" apasport.az saytının verdiyi məlumata istinadən bildiri ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq millinin heyətinə 25 futbolçu çağırılıb.

Bu futbolçular noyabrın 16-da “Bakcell Arena”da baş tutacaq görüşün hazırlıqlarında iştirak edəcək. Sabah start götürəcək hazırlıqlarda yeni simalar da yer alıb.

Belə ki, baş məşqçi səlahiyyətlərini icra edən Mahmud Qurbanov Rəşad Eyyubov, Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyovu da sərəncamına dəvət edib. Gənc mütəxəssisin açıqladığı ilk heyətdə milliləşən legionerlərin sayının azalması diqqət çəkir. Belə ki, Mirzəbəyovdan başqa, Məhəmməd Qurbanov, Bədavi Hüseynov, Dmitri Nazarov heyətə daxil edilib.

Qurbanov ehtiyat siyahıya daha 5 futbolçu daxil edib.

Qeyd edək ki, “Qarabağ” klubunun oyunçuları toplanışda noyabrın 7-dən, Mahir Şükürov, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan etibarən iştirak edəcəklər.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Neftçi”);

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamsı “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə (“Neftçi”), Mahir Şükürov (“Karşiyaka”, Türkiyə);

Yarımmüdafiəçilər: Məhəmməd Mirzəbəyov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Mirhüseyn Seyidov, Araz Abdullayev (hər ikisi “Neftçi”), Cavid İmamverdiyev (“Elazığspor”, Türkiyə), Rəhman Hacıyev (“Qaziantep BB”, Türkiyə);

Hücumçular: Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Vaqif Cavadov (“Qaziantep BB”, Türkiyə), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Xəzər Lənkəran”), Məhəmməd Qurbanov (“Sumqayıt”), Rəşad Eyyubov (“Simurq”).

Ehtiyat oyunçular: Elnur Allahverdiyev (“Neftçi”), Vurğun Hüseynov (“Sumqayıt”), İlkin Qırtımov (“Simurq”), Nizami Hacıyev (“İnter”), Namiq Ələsgərov (“Qarabağ”).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler