» » Əfran İsmayılov Ronaldo və Levandovski ilə eyni siyahıda

Əfran İsmayılov Ronaldo və Levandovski ilə eyni siyahıda

Bölmə: Idman
Əfran İsmayılov Ronaldo və Levandovski ilə eyni siyahıda
DÇ-2018-in seçmə və pley-off mərhələsinin Avropa zonasında ən çox qol vuran və assist edən futbolçularının yekun siyahısı açıqlanıb.

“Xalqinfo” xəbər verir ki, seçmə mərhələni Polşa millisinin hücumçusu Robert Levandovski 16 qolla bombardir kimi başa vurub. Ondan 1 qol geri qalan Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ikinci, Kristian Eriksen (Danimarka) və Romelu Lukaku (Belçika) hərəyə 11 qolla 3-4-cü pillələrdə qərarlaşıblar.

Seçmə mərhələdə ən çox assist edən futbolçu Almaniya millisinin yarımmüdafiəçisi olan Coşua Kimmix olub. Gənc futbolçu 9 qol ötürməsi verib. Dris Mertens (Belçika), Duşan Tadiç (Serbiya), Miralem Pyaniç (Bosniya və Herseqovina), Tomas Müller (Almaniya) və Tomas Münyenin (Belçika) aktivlərində 7 assist var.

Seçmə mərhələdə iştirak edən millimizin heyətində ən yaxşı göstərici Əfran İsmayılova məxsusdur. "Qarabağ"ın yarımmüdafiəçisi tsikldə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler