» » Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazanıb

Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazanıb

Bölmə: Idman
Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazanıb
Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı - 2018-ə vəsiqə qazanıb.

Xalqinfo.az report.az-a istinadən bildirir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.

Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Mərakeş yığması isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

DÇ-2018 - Afrika. A Qrupu. 6-cı tur
Tunis - Liviya - 0:0
DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur
Fildişi Sahili - Mərakeş - 0:2
0:1 - Dirar - 25, 0:2 - Benatia - 30

Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler