» » Almaniya Bakıda milli komandamıza 7 qol vurdu

Almaniya Bakıda milli komandamıza 7 qol vurdu

Bölmə: Idman
Almaniya Bakıda milli komandamıza 7 qol vurdu
21 yaşadək futbolçular arasında "AVRO-2019"un seçmə mərhələsində növbəti oyunlar keçirilir. "Qaynarinfo" xəbər verir ki, Azərbaycan millisi bu ay ilk qarşılaşmaya evdə çıxıb.

V qrupda mübarizə aparan yığmamız ikinci ev oyununda Almaniya ilə qarşılaşıb. Bu yaş qrupunda son Avropa çempionu olan Bundestim Bakıda 7:0 hesablı qələbə qazanıb. Almanlar ötən ayın 6-da Kotbusda keçirilən matçda millimizi 6:1 hesabı ilə yenmişdi.

Qeyd edək ki, millimiz 5 gün sonra Kosovanı sınağa çəkəcək.

AVRO-2019 (U-21)
Seçmə mərhələ
V qrup, 9 noyabr

Azərbaycan - Almaniya 0:7

Qollar: Marsel Hartel, 2; 46; 58. Nadiem Amiri, 14. Aaron Seydel, 28. Lukas Klostermann, 60. Levin Öztunalı, 84.

Azərbaycan: 12. Mustafa Ozhitay, 2. Sertan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismat Əliyev, 8. Budaq Nəsirov (7. Ehtiram Şahverdiyev, 46), 9. Renat Dadaşov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev (18. İlkin Muradov, 62), 21. Xəyal Nəcəfov (17. Əlibəy Məmmədli, 83).

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 11. Fərid Nəbiyev, 13. Murad Qayalı, 20. Eltun Turabov.

Baş məşqçi: Samir Ələkbərov.

Almaniya: Aleksander Nübel, 2. Lukas Klostermann, 5. Timo Baumqartl, 6. Valdemar Anton, 7. Levin Öztunalı, 8. Mahmud Dahud (19. Florian Nehaus, 42), 10.

Nadiem Amiri, 15. Filip Oxs, 16. Aaron Seydel, 18. Marsel Hartel (9. Yanni Serra, 84), 20. Tilo Kehrer (k) (14. Paskal Ştenzl, 56).

Ehtiyat oyunçular: 12. Nils Körber, 3. Yannes-Kilian Horn, 4. Cordan Torunarifa, 11. Sedrik Teşort.

Baş məşqçi: Stefan Kunts.

Sarı vərəqələr: Elnur Cəfərov, 14. Xəyal Nəcəfov, 30 - Nadiem Amiri, 80.

Hakimlər: Daniyar Saxi, Alibek Aubakirov, Yevgeni Belski, Bulat Sarıyev (Qazaxıstan).

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə).

Bakı. "Dalğa Arena” stadionu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler