» » "Qəbələ" qalib gəldi, "Qarabağ"a çatdı

"Qəbələ" qalib gəldi, "Qarabağ"a çatdı

Bölmə: Idman
"Qəbələ" qalib gəldi, "Qarabağ"a çatdı
Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turuna start verilib.

Xalqinfo.az xəbər verir ki, turun açılış oyununda “Qəbələ” komandası doğma meydanda “Səbail”i qəbul edib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi matçın 15-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesabı açıb. On üç dəqiqə sonra Baqali Dabo ikinci topu rəqib qapısından keçirib.

Görüşün ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 83-cü dəqiqəsində Baqali Dabo dublunu rəsmiləşdirib. Dörd dəqiqə sonra “Səbail”in futbolçusu Eltun Yaqublu hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.

Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.

“Səbail” üzərində qələbə qazanan “Qəbələ” hesabındakı xalların sayını 22-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik olan və bir oyun az keçirən “Qarabağ” birinci pillədə qərarlaşıb. “Zirə” isə 21 xalla üçüncü pillədə yer alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler