» » Prezident İlham Əliyev:

Prezident İlham Əliyev: " Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib"

Bölmə: Idman
Prezident İlham Əliyev:Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarını keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib. Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara altı mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq.
Azərtac xəbər verir ki, Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimindəki çıxışında bu barədə danışan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2016-cı ildə Azərbaycanda Dünya Şahmat Olimpiadası keçiriləcək. Şahmat komandamızın uğurları hamımızı fərəhləndirir. Bu komandanın bütün üzvləri gənc nəslin nümayəndələridir. Onların sırasında Avropa çempionları var. 2017-ci ildə isə ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunları bir-birini əvəzləyəcək. Bu, Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler