» » "Turan"da oynamış futbolçudan

"Turan"da oynamış futbolçudan “Baş məşqçi "Neftçi"yə uduzmağımızı tələb etdi”

Bölmə: Idman
"Turan"da oynamış futbolçudan “Turan” klubunun sabiq futbolçusu Valeri Onile Moldova mətbuatına şok yaradacaq müsahibə verib.lent.az-ın məlumatına görə, o, 2009-cu il dekabrın 5-də “Neftçi” ilə keçirdikləri çempionat oyununda bilərəkdən uduzduqlarını etiraf edib. Onile baş məşqçi Nizami Sadıqovun fasilədə futbolçulardan məğlub olmağı istədiyini bildirib: “Turan”da oynadığım vaxt satılmış oyunun iştirakçısı oldum. Həmin vaxt “Neftçi”nin sabiq çalışdırıcısı (Nizami Sadıqov – red.) bizdə baş məşqçi idi. Çempionluğa oynayan “Neftçi” Tovuzda qonağımız idi. Düzdür, qabaqcadan bizə heç kim demədi ki, oyunu verməliyik. Amma start heyət bizi şübhələndirdi. İlk “11-lik”də daha çox ehtiyatda qalanlar və əvəzedicilərin oyunçuları yer almışdı. Buna rəğmən, ilk hissədən sonra 2:0 hesabı ilə öndə idik. Soyunub-geyinmə otağında baş məşqçimiz dedi ki, ona kömək edək. Yəni futbolçulardan “Neftçi”yə uduzmağı xahiş etdi. Nəticədə həmin oyunu 2:3 hesabı ilə uduzduq. Azarkeşlər bizə təzyiq göstərsələr də, matçı məğlub kimi bitirdik. Təcrübəli futbolçular məşqçi ilə mübahisə edərək, meydana çıxmaqdan imtina etdilər. Onlar bu şouda iştirak etmək istəmədilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler