» » “Bakıya qisas hissi ilə gəlməmişik” -

“Bakıya qisas hissi ilə gəlməmişik” - Çexiyanın futbolçusu

Bölmə: Idman
“Bakıya qisas hissi ilə gəlməmişik” -
Sabah DÇ-2018-in seçmə mərhələsində Azərbaycan öz meydanında Çexiyanı qəbul edəcək.

“Xalqinfo” xəbər verir ki, matçdan öncə Çexiya yığmasının futbolçusu Marek Suxi jurnalistlər önünə çıxıb:

- Sabah millimizin kapitanı Rəşad Sadıqovun vida matçıdıe. Oyunçularımız görüşə əlavə motivasiya ilə çıxacaq. Bu, sizi narahat etmir?

- Bu bizim üçün əlavə stimuldur. Rəşadı təbrik edirik. Ona çox hörmət edirik ki, bu səviyyəyə çatıb. Amma bizim də əsas məqsədimiz qalib gəlməkdir.

- Siz Azərbaycan millisi haqda nə bilirsiniz?

- Komandanız haqda yaxşı məlumatımız var. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Rəqibə hörmət edirik. Sabahkı matçda xallarmızın sayını artırmağa çalışacağıq.

- Ölkə mətbuatınıza açıqlamalarınızda tez-tez qeyd edilir ki, Çexiyada Azərbaycanı uda bilməməyiniz sizi DÇ-dən kənarda qoydu. Bakıya qisas hissi ilə gəlmisiniz?

- Düzdü, biz həmin oyunda xal itirdik və mundialdan kənar qaldıq. Amma bizim üçün Çexiya forması geyinmək fəxrdir. Qisas hissi ilə gəlməmişik. Əsas odur ki, xallarımızın sayını artıraq.

- Artıq hər iki komandanın şansı yoxdur. Siz bu matça necə hazırlaşmısınız?

- Məqsədimizə çata bilməsək də, hər oyuna maksimum hazırlaşırıq. İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin.

- Azərbaycanla matçdan çəkinmirsiniz?

- Hər oyuna təmiz, aydın başla yanaşırıq. Heç nədən qorxmuruq və belə də matça hazırlaşmışıq.

- Müdafiə xətti haqda nə deyə bilərsiniz?

- Məşq üçün vaxtımız az olub. Buna baxmayaraq, maksimum bütün diqqətimizi müdafiəyə və oyunun təşkilinə yönəldəcəyik.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler