» » Rövnəq Abdullayev sabah Qurban Qurbanov və Elmar Məmmədyarovla görüşəcək

Rövnəq Abdullayev sabah Qurban Qurbanov və Elmar Məmmədyarovla görüşəcək

Bölmə: Idman
Rövnəq Abdullayev sabah Qurban Qurbanov və Elmar Məmmədyarovla görüşəcək
Oktyabrın 5-i saat 18:00-da Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Xalqinfo” xəbər verir ki, iclasın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Region Liqası”nın Əsasnaməsinin layihəsinin müzakirəsi

2. 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər

3. Digər məsələlər

Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Elşad Nəsirov, Rauf Əliyev, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, İsgəndər Cavadov və Kazbek Tuayevdir. Komitəyə Rövnəq Abdullayev rəhbərlik edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler