» » Rüstəm Orucov Zaqreb Qran-Prisinin qalibi oldu

Rüstəm Orucov Zaqreb Qran-Prisinin qalibi oldu

Bölmə: Idman
Rüstəm Orucov Zaqreb Qran-Prisinin qalibi oldu
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran Pri davam edir.

“Xalqinfo” xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.

İdmançımız Zaqrebdə Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib. Xorvatiya Qran-Prisinin qalibi olan cüdoçumuza yarışın qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler