» » "Qarabağ" 1:2 hesabı ilə məğub oldu - Video + Yenilənib

"Qarabağ" 1:2 hesabı ilə məğub oldu - Video + Yenilənib

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
"Qarabağ" 1:2 hesabı ilə məğub oldu - Video + Yenilənib
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

“Xalqinfo” xəbər verir ki, “Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi İtaliyanın “Roma” klubunu qəbul edəcək.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılıb.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.


Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur

C qrupu


20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias

Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares

Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro

Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)

***

Hər iki klubun heyətləri açıqlanıb.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov



“Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson

Baş məşqçi: Eysebio Di Françesko

***

Baş hakim Artur Diasın start fiti ilə matç başladı.

***

"Qarabağ" "Çelsi" ilə matçda olduğu kimi, yenə erkən qol buraxdı. Kostas Manolas "Roma"nı hesabda önə çıxardı.

***

"Roma" fərqi 2 topa çatdırır. 15-ci dəqiqədə Edin Dzeko müdafiəçinin asanlıqla keçərək topu qapıya göndərir.

***

Pedro Enrike fərqi azaltdı. Bu, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində ilk qolu kimi tarixi yazıldı Hazırda hesab 1-2-dir.



***

Matçda 80 dəqiqə geridə qalıb. "Qarabağ"ın növbəti qol üçün hücum cəhdləri davam edir.

***

Matçın final fiti çalınır. "Roma" Bakı səfərində 3 xalla qayıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler