» » “Əlini sıxıb halallıq alacam..”

“Əlini sıxıb halallıq alacam..”

Bölmə: Idman
“Əlini sıxıb halallıq alacam..”
"Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.

"Xalqinfo" xəbər verir ki, baş məşqçi jurnalistlərin suallarını cavablayıb.

- Klubun keçmiş baş məşqçisi Elxan Abdullayev nələr qoyub gedib?

- Elxan Abdullayevə təşəkkür edirəm. Hər şeyi onun üstünə yıxmaq olmaz. Komandada çatışmazlıqlar çoxdu. Futbolçularda özünəinam azdı. Hər məşqdə onlarda inamı qaytarıram. Futbolçularda bir-birinə qarşı da inamsızlıq var. Komanda yoldaşlarını qəbul etmirlər. Yerlilər bir, legionerlər başqa qruplaşmadı. Bunları aradan qaldırma\a çalışırıq. Zamana ehtiyacımız var. Fiziki durum çox da pis vəziyyətdə deyil. Amma tam olaraq komanda çempionata hazır deyil.

- Vəzifəyə təyin olunduqdan sonra Elxan Abdullayevlə əlaqə saxladız?

-Bir-iki dəfə cəhd elədim. Amma zəng çatmadı. Yəqin ki, oyundan sonra əlaqə saxlayacağıq. Əlini sıxıb halallığını alacağam.

-Mətbuatda belə xəbərlər var ki, fiziki hazırlıq üzrə məşqçini göndərmək istəyirsiz.

-Çox şey yaza bilərlər. Heç vaxt kin saxlayan insan olmamışam. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdu. Sadəcə olaraq burda bir məqav var. "Neftçi" Azərbaycan futbolunun tarixidi. Qız Qalası, Şirvanşahlar sarayı kimi. Burda həmişə dahi futbolçular, məşqçilər olub. Kalesnikovun böyük təcrübəsi yoxdu. Mən də çalışıram ki, fiziki cəhətdən problem varsa, daha səviyyəli məşqçi dəvət olunmalıdı. Yaxın müddətdə fiziki hazırlıq üzrə məşqi dəyişikliyi olacaq. Amma hələ ki, Kalesnikov öz vəzifəsindədi. Başqa məşqçilərlə danışıqlar aparırıq.

-Büdcə ilə bağlı AZAL-da çox fərq var

-Yerlə göy qədər fərq var. Heç bir narazılıq ola bilməz. Məni büdcə maraqlandırmır. Mənim tələblərim başqadı. Nə qədər mülayim olsam, da sərt qərarlarım olur. İşdə məsuliyyətsizliyi bağışlamıram. Bu məsələdə məndə insaf yoxdu.

-Özünüz müdafiəçi olmusuz. Bu gün "Neftçi"nin müdafiəsi sizi qane edir?

-Məğlubiyyətdə pay sahibə tək müdafiəçilrə deyil. Hamı məsuliyyət daşıyır. Müdafiə hücumdan başlayır. İnamsızlıq qlobal problemə çevrilib. 4 gündür oyunları izləyirəm. Komandanın oyununda xətlər arası anlaşma yoxdu. Müdafiədə də, orta xəttə də, hücumda da problem var. Rəşadı ona görə dəvət etdim ki, müdafiə ilə yarımmüdafiə arasındakı boşluğu dolduraq. Uzun marafonlu yarışı qazanmaq istəyirsənsə, müdafiən mühkəm olmalıdı.

-Qarşınızda hanıs məqsəd qoyulub?

-Qışa qədər çox xal qazanmağa çalışacağıq. Qışdan sonra yeni futbolçular cəlb edəcəyik. Çalışacağıq ki, əvvəl ki, "Neftçi"də olduğu kimi heyətimizə səviyyəli futbolçular cəlb edək. Rəhbərlik bütün səlahiyyəti mənə verib. Bütün problemərin məsuliyyəti mənə həvalə edlib.

-Böyükağa Hacıyev deyir ki, uğur resepti məndədi. Ondan həmin resepti aldız?

-Əvvəla Böyükağa müəllimə Allah şəfa versin. İkincisi də heç bir danışığımız olmayıb.

-"Neftçi" 2012/2013-cü il mövsümündə rəhbərliyinizaltında 10 oyunda 21 xal toplamışdı. İndi də bu mümkündü?

-O vaxtla indi arasında çox fərq var. Komandanı yaxşı tanıyırdım. İndi isə cəmi 5 gündü komanda ilə bir yerdəyəm. Konkret neçə xal toplayacağımızı deyə bilmərəm.

-Futbolçulara uğursuzluğa görə cəza nəzərdə tutulub?

-Bəli. Tək uğursuzluğa görə yox, bütün məsələlərdə cəzalarla bağlı kodeksimiz hazırdı. Futbolçu yüksəsk məbləğdə maaş alırsa, cəzalara hazır olmalıdır


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler