» » Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu olub

Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu olub

Bölmə: Idman
Məhəmmədrəsul Məcidov  3-cü dəfə dünya çempionu olub
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, 91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb.

Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib - 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl 2011 və 2013-cü illərdə dünya çempionu olub. Onun aktivində 2013-cü ildə Avropa çempionluğu, "Bakı 2015" I Avropa Oyunları və "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal da var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler