» » “Atletiko”ya qol vuran “Qarabağ”lı -

“Atletiko”ya qol vuran “Qarabağ”lı - Video

Bölmə: Idman
“Atletiko”ya qol vuran “Qarabağ”lı -
UEFA Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Roma”, “Atletiko” kimi nəhənglərlə oynayacaq “Qarabağ”ın bəzi futbolçuları bu klublara qarşı çıxış edib. “Xalqinfo” xəbər verir ki, onlardan hətta bu klublara qol vuran futbolçular da var.

Bunlardan birincisi Ağdam klubunun yarımmüdafiəçisi Miçel Maderadır. İspaniyalı oyunçu ölkəsinin çempionatılnda oynadığı vaxtlarda dəfələrlə “Atletiko” ilə üz-üzə gəlib. Yarımmüdafiəçi hətta bu oyunlarda qola da sevinib.

Madera “Atletiko”ya qarşı ilk oyununu 2008/2009-cu il mövsümündə keçirib. Həmin matçda madridlilər 3:1 hesablı qələbə qazanıb.

2011/2012-ci il mövsümündə “Xetafe”də çıxış edən Madera “Atletiko” ilə oyunda 49-cu dəqiqədə Madrid klubunun qapısına yol tapıb. Həmin oyunda “Xetafe” qələbə qazanıb. Miçel İngiltərə Premyer Liqasında “Çelsi”yə qarşı oynamağa da imkan tapıb. O, “Birmingem”in heyətində 2009/2010-cu il mövsümündə komandasının 0:3 hesabı ilə səfərdə uduzduğu oyunda meydanda olmaq şansı əldə edib.

“Bakı” klubunun yetirməsi Mahir Mədətov “Atletiko”ya qarşı forma geyinmək şansı əldə edib. O, 2013-cü ildə Tofiq Bəhramov adına Respublika stadionunda Madrid təmsilçisinə qarşı meydana çıxıb. Bu matçda “Bakı” 0:3 hesabı ilə uduzmuşdu.

“Qarabağ”ın yeni transferi Anton Kanibolotski də “Çelsi” ilə matça canlı şahidlik edənlərdəndir. O, UEFA Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə “Şaxtyor”un evdə 2:1 hesabl ilə qalib gəldiyi, səfərdə 2:3 uduzduğu qarşılaşmalarda Ukrayna klubunun heyətində olub. Lakin o, meydana çıxmayıb. Həmin il qrupdan məhz “Şaxtyor” növbəti mərhələyə vəsiqə qazanmışdı. London klubu isə qrupda 3-cü olmuşdu.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler