» » Günün fotosu: Vəfadar oğlanın çempionluğu

Günün fotosu: Vəfadar oğlanın çempionluğu

Bölmə: Idman
Günün fotosu: Vəfadar oğlanın çempionluğu
Bu bizim oğlandır, bizim qızıl oğlan. Ramil Quliyev. Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qızıl medalçısı. Dünyanın ən sürətli 2 adamından biri.

O bu torpaqlarda, bu şəhərdə yetişib. İlk idman uğurlarını burada qazanıb.

Ancaq sonra ya qayğısızlıq görüb, ya sayğısızlıqla üzləşib, ya da sonrakı idman uğurları üçün Azərbaycanı əlverişli tramplin hesab etməyib, hər nədirsə, qardaş ölkəyə gedib və qazandığı qızıl medalları özüylə yanaşı Türkiyə üçün qazanıb.

O qədər də fərqi yoxdur, ha Türkiyə, ha Azərbaycan. Gerçək qardaşlıq olan yerdə fərqi yoxdur ki, o qızıl medallar kimin muzeyində qalacaq.

Əsas odur ki, Ramil ölkəmizin bayrağını da yanında daşıyır, qələbə qazandığı halda onu da çiyninə salır.

Bu, onun peşəkar idmançılığı ilə yanaşı, gerçək bir vətənpərvər olduğunu da, vəfadarlıını da göstərir.

Günün fotosu: Vəfadar oğlanın çempionluğu












Bundan əvvəl çempion olan, medal qazanan idmançıların çoxu belə etmirdi. Ramil isə göstərdi ki, onun doğrudan da iki vətəni var vəana vətəninə naxələf çıxmayacaq.

Ramil Quliyevin bu şəkli həm də müğənni Əhməd Şəfəqin məşhur şərqsində dediyi fikrin fotosudur: "Beşikdən məzara qədər, Egeydən Xəzərə qədər Azərbaycan-Türkiyə".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler