» » Arda Turan Türkiyə milli komandasına dönməyə qərar verib

Arda Turan Türkiyə milli komandasına dönməyə qərar verib

Bölmə: Idman
Arda Turan Türkiyə milli komandasına dönməyə qərar verib
Futbol üzrə Türkiyə milli komandasındakı karyerasını başa vuran Arda Turan qərarını dəyişib.

“Report”un “Fanatik”ə istinadən verdiyi məlumata görə, İspaniya təmsilçisi “Barselona”ın formasını geyinən 30 yaşlı yarımmüdafiəçi yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşdən sonra bu addımı atıb.

Bildirilir ki, rumıniyalı baş məşqçi dünən İspaniyada baş tutan “Barselona” -“Şapokeonse” görüşündən əvvəl A.Turanla bir araya gələrək onu milliyə dönməyə razı salıb.

Qeyd edək ki, A.Turan iyunun 6-da təşkil etdiyi mətbuat konfransında yığma karyerasını başa vurduğunu açıqlamışdı. O, idman yazarı Bilal Meşeyə hücum etməsindən sonra yaranan qalmaqal səbəbi ilə bu cür qərar qəbul edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler