» » “Bakıda günəş var və mən onu sevirəm” -

“Bakıda günəş var və mən onu sevirəm” - “Qarabağ”ın yeni transferi

Bölmə: Idman
“Bakıda günəş var və mən onu sevirəm” -
“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. “Xalqinfo” həmin müsahibəni təqdim edir:

- Əvvəlcə, Çempionlar Liqasında “Şerif”lə ikinci oyundan sonra burnunuzun və barmağınızın qırılmasından şikayətlənməyinizdən danışardın...

- Düzdür, burnumda sınıq var idi. Lakin bunun üçün xüsusi maskaya ehtiyac yoxdur. Həkimlər də hər şeyin qaydasında olduğunu bildiriblər. Barmağım da pis deyil. Əsas odur ki, "Qarabağ" pley-off-a yüksəldi. Bu komanda, ümumiyyətlə, heç bir Azərbaycan klubu pley-off mərhələsində oynamayıb. Tarixi bir şansdır. Qrupa da vəsiqə qazana bilərik. Rəqibimiz güclü "Kopenhagen" olacaq. Onların güclü olduğunu dana bilmərik. Amma sürpriz edib qrup mərhələsində oynamaq istəyirik. İkinci dəfə ÇL-in qrupunda oynamaq mənim üçün möhtəşəm olardı.

- Siz yolunuza davam etsəniz də, sabiq klubunuz "Legiya" "Astana"ya uduzdu. Uzun illər şərəfini qoruduğunuz komandanız Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın 3-cü mərhələdə məğlub etdiyi "Şerif"lə qarşılaşacaq...

- "Şerif" zəif komanda deyil. Biz onlarla oyunda asan qələbə qazanmadıq. Lakin "Legiya" fərdi cəhətlərdən də, komanda şəklində rəqibdən güclüdür. Polşa çempionu Moldova klubunu keçməyə borcludur.

- "Şerif"in stadionunu necə xatırlayırsan. Orada azarkeşlər yaxşı ab-hava yarada bilirlər?

- Yaxşı stadionları var. Ümumiyyətlə, komandanın əla bazası mövcuddur. Yəni çətin olacaq.

- "Legiya"nı tərk etmək qərarını Azərbaycandakı yaxşı maliyyə imkanlarına görə verdin? Çünki bu ekzotik qərar idi...

- Menecer Azərbaycandan təklif olduğunu bildirəndə yaxşı maliyyə imkanlarına işarə verdi. Fikrimcə, heç də yanılmadım. Bugünki qərarımdan razıyam və xoşbəxtəm. Çünki maliyyə bir yana çox gözəl komandaya gəlib düşmüşəm. Baza və stadion var. Komanda yaxşı oyun göstərir. Bakıda günəş var və mən günəşi çox sevirəm. Bura gəldiyim gündən yaxşı yağmayıb və deyəsən havanın belə bir niyyyəti də yoxdur.

- Polşada oynayan kiminləsə orada görüşdün?

- "Yagelloniya"da çıxış etmiş Dani Kintana var. Həmçinin Donald Gerrye "Visla"da oynaylb vaxtilə.

- Sizin komanda Ağdam klubu olsa da, Bakıda oynayır. Bu mürəkkəb hekayə haqqında bizə nə danışa bilərsən?

- Ağdam klubu uzun illər əvvəl qurulub. Lakin şəhər Ermənistan tərəfindən işğal olunub. Bu səbəbdən biz Bakıda oynayırıq. Amma burada xeyli azarkeşimiz var. Böyük məqsədləri olan komandayıq. ÇL və çempionluq üçün mübarizə aparırıq və hamısına nail olacağıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler