» » “Real Madrid” Mbappe ilə razılığa gəldi -

“Real Madrid” Mbappe ilə razılığa gəldi - Tarixin ən bahalı transferi

Bölmə: Idman
“Real Madrid” Mbappe ilə razılığa gəldi -
“Real Madrid” bir neçə aydır heyətinə qatmaq üçün çalışdığı Kilian Mbappe ilə razılaşıb.

Xalqinfo” Marca-ya istinadən xəbər verir ki, 18 yaşlı hücumçunun transferi üçün “Monako”ya 180 milyon avro ödəniləcək.

Bununla da tarixin ən bahalı transferi reallaşmış olacaq. Hazırda isə bu ünvan 105 milyon avroya “Yuventus”dan “Mançester Yunayted”ə keçən Pol Poqbadadır.

Mbappe yaxın günlərdə “Real Madrid”lə 6 illik müqavilə imzalayacaq. Onun illik 7 milyon avro qazanacağı bildirilir. Bu isə həftəyə 135 min avro deməkdir.

Qeyd edək ki, 18 yaşlı futbolçu ötən mövsüm “Monako”nun heyətində çıxdığı 44 oyunda vurduğu 26 qol və 11 məhsuldar ötürməsi ilə bütün diqqətləri özünə cəlb etməyi bacarmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler