» » 11 yaşlı idmançımız ermənini udaraq qızıl qazandı

11 yaşlı idmançımız ermənini udaraq qızıl qazandı

Bölmə: Idman
11 yaşlı idmançımız ermənini udaraq qızıl qazandı
Gürcüstanın Batumi şəhərində idmanın kikboksinq növü üzrə yeniyetmələrin Dünya Kuboku yarışı keçirilib.

Daxil olan məlumata görə, yarışda 32 kq çəki dərəcəsində mübarizə aparan 11 yaşlı idmançımız Ədalət Əliyevin çıxışı ikiqat bayramla əlamətdar olub. Belə ki, yeniyetmə idmançımız olan Əliyev turnirin qızıl medalını həlledici görüşdə erməni idmançısına qalib gəlməklə əldə edib.

Qazandığı nəticəyə görə məşqçilərinə, xüsusən də Nizami rayon 13 saylı ixtisaslaşdırılmış idman məktəbinin əməkdar məşqçisi Zaur Məmmədova təşəkkür edən yeniyetmə Ədalət gələcəkdə də ölkəmizi beynəlxalq miqyaslı yarışda layiqincə təmsil edəcəyinə söz verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler