» » “Qarabağ” daha güclüdür" -

“Qarabağ” daha güclüdür" - Georgi Tsetsadze

Bölmə: Idman
“Qarabağ” daha güclüdür" -
“Ötən il “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Samtredia” ilə inidki arasında ciddi fərq var. O vaxt oyunçularımız çox cavan idilər”.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın “Samtredia” komandasının baş məşqçisi Georgi Tsetsadze futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” ilə ilk matçdan əvvəl təşkil edilən mətbuat konfransında bildirib.

Qırx iki yaşlı mütəxəssis bildirib ki, heyətlə bağlı problemləri yoxdur.

O, sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qarşıdakı matçda hansı nəticə sizi qane edəcək?

- Sabah görəcəksiniz. Yaxşı oyun olacaq. Nəticəni təxmin etmək istəmirəm.

- “Qarabağ”la “Qəbələ”ni müqayisə etsəniz, hansı komanda daha güclüdür?

- “Qarabağ” daha güclüdür, son illər çempion olur.

- “Samtredia” niyə “Qarabağ”ı öz şəhərində yox, Tbilisidə “Dinamo” stadionunda qəbul edəcək?

- “Dinamo”da oynamaq sırf mənim istəyimdir. Samtrediada rəqibi qəbul edə bilməməyimizə gəlincə, stadionumuz UEFA standartlarına cavab vermir.

- “Qarabağ”ın heyətində kimləri xüsusi qeyd edərdiniz?

- Rəqib güclü komandadır. Kimisə ayrılıqda fərqləndirmək istəməzdim. “Qarabağ” kobinasiyalı futbol sərgiləyir. Yaxşı olardı ki, ümumiyyətlə, oynamayaydılar (gülür).

- “Qarabağ”ın keçirdiyi bütün yoxlama matçlarında uduzmasının sizin üçün bir önəmi varmı?

- Xeyr. Bu, yoxlama görüşləridir. Rəsmi oyunlar başqa cür olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler