» » “Prezident soyunub-geyinmə otağına girib deyirdi ki...” -

“Prezident soyunub-geyinmə otağına girib deyirdi ki...” - Platye “Neftçi haqqında

Bölmə: Idman
“Prezident soyunub-geyinmə otağına girib deyirdi ki...” -
"Neftçi"nin sabiq hücumçusu Melvin Platye ölkəsinin mətbuatında açıqlama verib. "Xalqinfo"nun məlumatına görə, o, Bakı klubundakı karyerasından danışıb.

Platye "Neftçi" klub prezidentinin oyunun fasiləsində soyunub-geyinmə otağına girib oyunçularla danışdığını bildirib: "Azərbaycanda oynamaq çətin idi. Xüsusən uduzduğun oyunlarda bu dəhşət olurdu. Əgər qol vura bilmirdimsə, fasilədə klub prezidenti soyunub-geyinmə otağına gəlib deyirdi ki, fərqlənməsən səni əvəzləyəcəklər. Komandaya da bildirirdi ki, qalib olmasanız, bu sizə problem yaradacaq. Belə şeylər var idi. Matçı mütləq klub prezidenti üçün qazanmalı idin".

Qeyd edək ki, Melvin Platye "Neftçi"nin heyətində 14 oyun keçirib və 1 qol vurub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler