» » Ronaldo məhkəməyə verildi -

Ronaldo məhkəməyə verildi - İddiaları qəbul etmir

Bölmə: Idman
Ronaldo məhkəməyə verildi -
“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo vergidən yayınmaqda ittiham edilir.

Xalqinfo.az BBC-yə istinadən xəbər verir ki, futbolçunun 2011-2014-cü illərdə 14,7 milyon avro vergidən yayındığı bildirilir. Ronaldo isə iddiaları qəbul etmir.

İddinamədə onun imic hüquqlarından əldə etdiyi gəlirləri vergidən gizlətdiyi qeyd edilib. Ronaldonun gəlirlərini ofşor hesablarda saxladığı bildirilir.

Futbolçu isə bütün iddialara “Gizlədəcək bir şeyi olmayan heç nədən qorxmaz” deyə cavab verib.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm 93 milyon avroluq gəliri ilə ən çox qazanan idmançı olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler