» » Millinin heyətində daha 2 itki

Millinin heyətində daha 2 itki

Bölmə: Idman
Millinin heyətində daha 2 itki
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq Azərbaycan millisi daha 2 futbolçusunun xidmətindən məhrum ola bilər. Xalqinfo.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, Ruslan Abışovla Ruslan Əmircanovun ardından millimizin müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Qara Qarayev də zədədən əziyyət çəkirlər. Belə ki, komanda yoldaşları ilə müqayisədə kiçik zədələri olan "Qarabağ"lıların durumuna bu gün keçiriləcək məşqdən sonra aydınlıq gələcək. Hər iki futbolçunun sabahkı oyunda meydana çıxmamaq ehtimalı da var.
Qeyd edək ki, İtaliya – Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə 23:45-də Palermoda “Rentso Barbera” stadionunda baş tutacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler