» » Azərbaycanın rəqiblərinin adı açıqlandı

Azərbaycanın rəqiblərinin adı açıqlandı

Bölmə: Idman
Azərbaycanın rəqiblərinin adı açıqlandı
UEFA Avrokuboklarda 2018/19 mövsümünün finallarını keçirmək istəyən şəhərlərin müraciətlərini qəbul edib.

Xalqinfo.az xəbər verir ki, qurumun rəsmi saytından verilən xəbərdə seçimlərə qatılacaq son arenaların adları açıqlanıb. Çempionlar Liqası, eləcə də Avropa Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşması üçün 10 milli assosiasiyadan 14 ərizə ünvanlanıb.

Siyahıda Bakı Olimpiya Stadionunun da adı var. Paytaxtımız iki mötəbər finalı keçirməyə iddialıdır.

Belə ki, Çempionlar Liqasının həlledici matçı üçün BOS sadəcə bir rəqiblə - “Atletiko”nun yeni arenası “Metropolitano” ilə mübarizə aparacaq.

Avroliqanın 2018/19 mövsümünün finalı üçün isə paytaxtımız ilə birlikdə daha iki şəhər namizəddi. Həm “Roman Sançes” stadionu (Sevilya, İspaniya), həm də İstanbulda yerləşən və “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Vodafon Arena” mötəbər matçı qəbul etməyə hazırdı.

Qadınlar arasında keçirilən Çempionlar Liqasının finalı üçün isə iki stadion – Budapeştin “Ferentsvaroş” arenası və “Astana Aena” istəklidir.

Sözügedən mövsümün Superkubok finalı üçün 7 şəhər iddialıdır. Bunlar Tirana (“Qemal Staffa”, Albaniya), Tuluza (“Tuluza”, Fransa), Hayfa (“Sammi Ofer”, İsrail), Astana (“Astana Arena”, Qazaxıstan), Belfast (“Vindzor Park”, Şimali İrlandiya), Qdansk (“Qdansk Arena”, Polşa) və İstanbuldur (“Vodafon Arena”, Türkiyə).
Qeyd edək ki, UEFA son qərarını sentyabrın 21-də verəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler