» » Arda Turan jurnalistə hücum çəkib təhqir etdi -

Arda Turan jurnalistə hücum çəkib təhqir etdi - "Sənin..."

Bölmə: Idman, Şou
Arda Turan jurnalistə hücum çəkib təhqir etdi -
"Barselona" klubunda oynayan Arda Turan Makedoniya matçından sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edib.

Xalqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu 2016-cı ildə keçirilən Avropa çempionatı ərəfəsində Arda Turan və komanda yoldaşları haqqında pul mükafatı tələb etmələri və bu səbəbdən də könülsüz oynadıqlarını iddia edən jurnalistə hücum edib. Futbolçu Bilal Meşənin futbol federasiyasının prezidenti Yıldırım Dəmirörənə işlədiyini deyərək, ünvanına təhqiramiz ifadələr səsləndirib, həmçinin onu boğmağa çalışıb:

“Söylə görüm, orada idinmi, haqqımızda elə xəbər yazdın? Biz kimdən pul dilənmişik? Bunları sənə kim yazdırıb? Danış görək, hamı da burdadır! Bizim ölkə belədir də, hələ səni təyyarəyə götürüblər. Deyirəm, eşitsinlər, sənin kimisini bu təyyarəyə götürənin ... (söyüş). Məni də başqaları kimi zənn etdin, fahişənin oğlu. Mən futboldan gedərəm, amma ailəmə söz gəlməsinə icazə vermərən. Müdirin Demirörəndir. Sən federasiya sədrinin qəzetinə işləyirsən".

Hirsi soyumaq bilməyən futbolçu pəncərə kənarında əyləşən jurnalistə yaxınlaşıb və onu ağır sözlərlə təhqir edib: "Sənin ananı, arvadını, qızlarını, uşaqlarını...".

Bu zaman futbolçulardan Burak Yılmazla Caner Erkin həmçinin digər jurnalistlər Ardanı sakitləşdirməyə çalışaraq dava-dalaş baş verməsinə mane olub.

Bildirilir ki, dava-dalaş zamanı bir qədər ön tərəfdə əyləşən baş məşqçi Fatih Terim baş verənləri görsə də, reaksiya verməyib, sadəcə izləməklə kifayətlənib.
Bundan başqa Arda Turanın təyyarənin arxa hissəsinə gedərkən bütün jurnalist və mətbuat nümayəndələrinin ünvanına ağır ifadələr işlətdiyi də qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler