» » “Mançester Yunayted” Avropa Liqasının qalibi oldu

“Mançester Yunayted” Avropa Liqasının qalibi oldu

Bölmə: Idman
“Mançester Yunayted” Avropa Liqasının qalibi oldu
İngiltərənin “Mançester Yunayted” klubu futbol üzrə Avropa Liqasının 2016/2017 mövsümünün qalibi olub.

Xalqinfo.az məlumatına görə, “qırmızı şeytanlar” həlledici görüşdə Hollandiyanın “Ayaks” komandasını 2:0 hesabı ilə məğlub ediblər.

Stokholmun “Friends Arena” stadionunda keçirilən qarşılaşmada hesabı 18-ci dəqiqədə Pol Poqba açıb.

İkinci hissənin əvvəllərində, 48-ci dəqiqədə, Henrik Mxitaryan ikinci topu “Ayaks” qapısından keçirib.

Avropa Liqasının qalibi olmaqla, Joze Maurinyonun yetirmələri həmçinin Çempionlar Liqasının 2017/2018 mövsümünə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, “Mançester Yunayted” klubu bu il İngiltərə çempionatını 6-cı yerdə başa vurub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler