» » Medalçıları Kəmaləddin Heydərov mükafatlandırdı

Medalçıları Kəmaləddin Heydərov mükafatlandırdı

Bölmə: Idman
Medalçıları Kəmaləddin Heydərov mükafatlandırdı
Mayın 16-da Azərbaycan taekvondoçuları “Bakı-2017”də ilk qızıl medalı aktivlərinə yazdırıblar.

Xalqinfo.az xəbər verir ki, qadınlar arasında yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaprak Eriş finalda türkiyəli Dürdanə Altuneli 5:4 hesabı ilə məğlub edərək İslamiadada taekvandoçularımızın ilk qızıl medalını qazanıb.

Bürünc medalları isə iranlı Parsa Tayebeh və Mərakeş idmançısı Nada Laaraj əldə ediblər.

Qaliblərə medalları Azərbaycan Taekvando və Boks federasiyalarının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan idmançımız bu mərhələdə Pakistan təmsilçisi Farsin Hamdani üzərində 29:3 hesabı ilə inamlı qələbə qazanıb. Yaprak Eriş yarımfinal görüşündə iranlı Parsa Tayebehə 14:12 hesabı ilə qalib gəlib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler