» » “Uğursuzluq olanda da arxamızda durdular” -

“Uğursuzluq olanda da arxamızda durdular” - Şahin Diniyev

Bölmə: Idman
“Uğursuzluq olanda da arxamızda durdular” -
“Əvvəlcə bütün “Kəpəz” azarkeşlərinə təşəkkürümü bildirirəm. Onlar bu mövsüm də bizi tək qoymayıb sonadək dəstəklədilər. Enişli və yüksəlişli günləri birgə keçirdik, uğur da oldu, uğursuzluq da. Ən diqqət çəkən məqam odur ki, fanatlar uğursuzluq olanda da bizim arxamızda durdular".

Xalqinfo” xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubunun rəsmi saytına açıqlamasında bildirib.

Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində doğma meydanda “İnter” ilə qarşılaşacaq “Kəpəz” hazırlığı tamamlayıb.

Diniyev mövsümü qələbə ilə başa vurmağa iddialı olduqlarını söyləyib: "Təbii ki, son oyunda biz də qələbə qazanmaqla mövsümü yüksək notlarla başa vurmaq istəyirik. Qələbəyə yaxınıq, son dövrədə 5 oyunda qalib gəlmişik. Bu amil komandanın gücündən xəbər verir. Çalışacağıq ki, sabah da azarkeşləri sevindirək. Qoy, onlar stadiondan sevinc hissləri ilə ayırlıb yeni mövsümü gözləsinlər”.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler