» » “Trabzonspor” prezidenti Ramilə görə tənqid edildi

“Trabzonspor” prezidenti Ramilə görə tənqid edildi

Bölmə: Idman
“Trabzonspor” prezidenti Ramilə görə tənqid edildi
Türkiyənin “Trabzonspor” klubunun vitse-prezidenti Nevzat Aydın prezident Muharrem Ustanı tənqid edib. “Xalqinfo” xəbər verir ki, o, sosial şəbəkə hesabında klub rəhbəri haqda sərt yazı yazıb.

Aydın mövsümün əvvəlində edilən transferlərə görə Ustanı günahlandırıb: “Klubda transfer işlərini görən işçilər Muharrem Ustanın rəhbərliyi ilə İbanes, Hyun-Yun Suk və Ramil Şeydayevi aldılar. Mövsümün başlamasına az qalmış gördüm ki, vəziyyət yaxşı deyil. Özüm bu işlərə qarışdım. Aldıqları futbolçular heç də qanedici deyildi. Kastilyo, Duritsa, Bero və Onazi transferlərini isə mən etdim. Avrokuboklara vəsiqə qazanacağımızı söz verməyimizə baxmayaraq, bütün yükü üzərimə götürdüm”.

Qeyd edək ki, “Trabzonspor” Şeydayevi qış fasiləsində Slovakiyanın “Jilina” klubuna icarəyə verib. Millimizin üzvü Super Liqada cəmi 1 oyunda iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler