» » Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

Bölmə: Idman
Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub
Futbol üzrə Slovakiya Fortuna Liqasında XXVIII turun oyunları keçirilib.

Xalqinfo.az Apasport.az-a istinadla məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – “Jilina” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Bratislava “Slovan”ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbə Şeydayevi “Jilina”nın çempionluğu təmin etməsi üçün də yetərli olub. Belə ki, mövsümün sonuna 5 tur qalmış “Jilina” 61 xalla çempionatın vahid lideridir. Bu komandanın əsas izləyicisi “Slovan” isə 48 xala malikdir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler