“Avropanın ən yaxşı gənc cüdoçusu” Hidayət olduBölmə: Idman
Polşanın paytaxtı Varşavada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Sergey Soloveyçik, bir çox federasiya və idman təşkilatlarının rəhbərləri, Polşanın dövlət rəsmiləri iştirak ediblər. "Xalqinfo"ya daxil olan məlumata görə, mərasimdə son vaxtlar Azərbaycan cüdosundakı inkişaf və qazanılan uğurlar da xüsusi qeyd edilib. Varşavada bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanan Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. Cüdo Birliyinin rəhbəri Sergey Soloveyçik Azərbaycan cüdoçusuna "Avropanın ən yaxşı gənc cüdoçusu" mükafatını təqdim edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|