» » “Başımız dik, alnımız açıqdır” -

“Başımız dik, alnımız açıqdır” - Şenol Günəş

Bölmə: Idman
“Başımız dik, alnımız açıqdır” -
Avropa Liqaısnın 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Lion”a 2:1 hesabıyla qalib gəlsə də, oyunsonrası penaltilər seriyasında uduzaraq mübarizəni dayandıran “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş matçla bağlı fikirlərini bölüşüb.

Xalqinfo” xəbər verir ki, təcrübəli mütəxəssis üzgün olduqlarını, amma başlarını dik tutduqlarını dilə gətirib

“42 min azarkeşin dəstəyi ilə mərhələ adlamaq istəyirdik, alınmadı, çox üzgünük. Azarkeşlər də ən azından bizi qədər çalışdılar. Təəssüf ki, qalib gəlsək də, penaltilərdə uduzduq. Bu, futboldur, hər şey mümkündür. Futbolçularıma güvəndiyimi söyləmişdim. Sağ olsunlar, bütün güclərini ortaya qoydular. Başımız dik, alnımız açıqdır. Həm klubumuzu, həm də ölkəmizi layiqli şəkildə təmsil etdik. Kiyev “Dinamo”su ilə matçda şərtlər tam fərqli idi. Bu oyunu çıxmaqla ölkəmizi yaxşı təmsil etdik. Adamın ürəyi istəyir ki, bəxtimiz gətirərdi və növbəti mərhələyə yüksələrdik. Artıq Super Liqa matçlarına köklənməliyik. Növbəti mövsüm bu azarkeşlərlə Çempionlar Liqasının qrupundan çıxmağa çalışacağıq”.

“Penaltini yerinə yetirəcək futbolçularım əvvəlcədən oyunu tərk etdilər, Oğuzxan və Kuarejma. Penaltilər üzərində çox məşq etmişdik, amma bu işə yaramadı. Oyunçularımı qınamaq istəmirəm. Çox əziyyət çəkdilər. Bu oyun artıq geridə qaldı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler